Türkiyə Rusiyadan helikopterlər alacaq


Türkiyə Rusiyadan 3 ədəd helikopter satın alacaq.
Yeniavaz.com IHA-ya istinadla xəbər verir ki, tərəflər satınalma ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, Türkiyə Rusiyadan Ka-3211BC helikopterləri alacaq. Bu cür daha 5 ədəd helikopterin alışı ilə bağlı tərəflər danışıqlar aparır.  Ka-3211BC helikopteri bir çox məqsəd – xilasetmə, meşə yanğınlarının söndürülməsi, təcili xəstə nəqli - üçün istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top