Xaricdən gətirilən kərə yağının, ətin və südün qiyməti AÇIQLANDI


Ötən ay xaricdən Azərabaycana 112,2 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, idxal olunan ərzaq məhsullarının 7,02 milyon dolları ətin, 848,2 min dolları südün, 3,88 milyon dolları kərə yağının payına düşüb. 
Açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, ölkəyə idxal olunan ətin 1 kiloqramının gömrük dəyəri 2,37 manat (1,39 dollar), südün 1 kiloqramının gömrük dəyəri 2,14 manat (1,26 dollar), kərə yağının 1 kiloqramının gömrük dəyəri 9,2 manat (5,4 dollar) olub.
 

DİGƏR XƏBƏRLƏR

Top