İsrail Məscidül-Əqsanın qapılarını bağladı


İsrail polisi Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsanın bütün qapılarını bağlayıb.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Qüds İslami Vəqflər İdarəsinin sözçüsü Firas Dibs deyib. Onun yazılı açıqlamasında deyilir ki, Şərqi Qüdsün Köhnə Şəhər bölgəsindən yer alan Məscidül-Əqsanın bütün qapıları İsrail polisi tərəfindən bağlanıb. F.Dibs qeyd edib ki, İsrail polisi, həmçinin məscidə ibadətə gələn müsəlmanlara hücum edib. İsrail polisi hadisə ilə bağlı hələ məlumat verməyib. Məlumata görə, Məscidül-Əqsanın 2003-cü ildən bəri giriş və çıxışı bağlı saxlanılan şərqi divarlarındakı Rəhmət qapısı ötən gün İsrail polisi tərəfindən zəncirlənib. İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsidir.

DİGƏR XƏBƏRLƏR

Top