Tramp öz kəşfiyyatına yox, Putinə inanır


ABŞ prezidenti Donald Tramp KXDR-də (Şimali Koreya) ABŞ ərazilərini vurmağa qadir olan raketlərin olması ilə bağlı ölkə kəşfiyyatının təqdim etdiyi hesabata inanmır.

Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin Trampı Şimali Koreyada, əslində, heç bir uzaqmənzilli raketin olmadığına inandırıb.

“Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: “Vecimə də deyil, mən Putinə inanıram”, - deyə Makkeyb bildirib.

FTB rəhbəri onu da əlavə edib ki, Trampın vəziyyətin, əslində, nə yerdə olduğunu öyrənmək istəməməsi administrasiya üzvlərini məəttəl qoyur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top