Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar


Türkiyənin Antalya şəhərində G1 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycan milli komandasının 20 taekvondoçusu çıxış edib. Kişilərdən Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində, qadınlardan isə Patimat Abakarova 53 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Qaşım Maqomedov (58 kq) və Radik İsayev (+87 kq) isə finalda uduzublar. Məhəmməd Məmmədov (68 kq) və Ramin Əzizov (87 kq) isə yarımfinala qədər irəliləyə bilib. Beləliklə, 51 ölkədən 1615 idmançının iştirak etdiyi sayca 6-cı beynəlxalq turnirdə yığmamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. (qol.az)

DİGƏR XƏBƏRLƏR

Top