Qiymətlərin ən çox artdığı 10 ölkə: Venesuelada qiymətlər 1 698 488 % artıb


Dünyada qiymətlərin sürətlə bahalandığı ölkələrin başında Venesuela dayanır.
Yeniavaz.com "tradingeconomics"in açıqladığı məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayında Venesuelada istehlak məhsullarının qiymətləri və xidmət tarifləri əvvəlk ilin eyni dövrü ilə müqayisədə 1 698 488 % (17 min dəfə) bahalanıb.
Dünyada ən yüksək inflyasiya səviyyəsinin qeydə alındığı 10 ölkə arasında Azərbaycana qonşu olan iki ölkə - İran və Türkiyə də yer alıb. İranda ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında 39,9%, Türkiyədə isə 20,3% həddində qiymət artımı qeydə alınıb.
Dünyada qiymətlərin ən çox artdığı 10 ölkənin siyahısı isə belə olub:
1. Venesuela - 1 698 488 %
2. Zimbabve - 56,9 %
3. Argentina - 48,9 %
4. Sudan - 43,4 %
5. İran - 39,9 %
6. Mərkəzi Afrika Respublikası - 38 %
7. Cənubi Sudan  - 33,5 %
8. Liberiya - 26,6 %
9. Türkiyə - 20,3 %
10. Anqola - 18,2 %

DİGƏR XƏBƏRLƏR

Top