İstanbulda 21 nəfərin öldüyü binanın çökmə səbəbi məlum olub


İstanbulun Kartal rayonunda 21 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı çökən binanın inşasında dəniz qumundan istifadə olunduğu və istifadə olunan sementin standartlara uymadığı məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, çökən binanın keyfiyyət göstəriciləri haqqındakı faktlar ortaya çıxıb və binanın keyfiyyətsiz inşaat materialları səbəbilə çökdüyü məlum olub.
Tədqiqatlar zamanı məlum olub ki, bnanın inşasında istifadə olunan beton yuyulmamış və ələnməmiş dəniz qumundan hazırlanıb. Hazırlanan məruzədə dəmir konstruksiyaların ciddi erroziyaya uğradığı və ölçülərinin 12-dən 9,5-ə düşdüyü bildirilir.
Həmçinin qeyd olunur ki, binanın rəsmi icazəsinin 7 mərtəbəli olmasına baxmayaraq bina 9 mərtəbəli inşa olunub və binanın inşasında iştirak edənlər məsuliyyətə cəlb oluna bilərlər.
 
 

DİGƏR XƏBƏRLƏR

Top