ABŞ-dan uyğur türklərinə DƏSTƏK


ABŞ-ın Ankarakı səfirliyindən, Türkiyə Xarici İşlər Nazirliyinin uyğur türkləri haqqında yaydığı bəyanata dəstək verilib.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, səfirliyin rəsmi Tvitter səhifəsində “ABŞ Türkiyə Xarici İşlər Nazirliyi ilə eyni fikirdədir” deyə paylaşım yayımlanıb. Türkiyə isə mövzu ilə bağlı bu yaxınlarda belə bəyanat yaymışdı: “Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün düşərgələrdə və həbsxanalarda işgəncə və siyaysi cəhətdən beyin yuyulmasına məruz qalmalı sirr deyil”.
Çin isə Türkiyənin bu açıqlamasının yersiz olduğunu bildirərək həmin düşərgələrin “peşə məktəbləri” olduğunu və məqsədlərinin insanları daha faydalı bir şəkildə cəmiyətə qazandırmaq olduğunu açıqlamışdı.
Qeyd edək ki, BMT-nin bütün təzyiqlərinə baxmayaraq Çin hökuməti həmin düşərgələrdə tədqiqat aparılmasına icazə vermir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top