Bu ölkədə parlament buraxıldı: növbədənkənar seçkilər keçiriləcək


İspaniyanın Baş naziri Pedro Sançes fevralın 15-də parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com RK-ya istinadla xəbər verir ki, parlamentin deputatları hökumətin təqdim etiyi büdcə layihəsini qəbul etməyiblər. 191 deputat əleyhinə, 158 deputat isə lehinə səs verib, biri isə bitərəf qalıb. İspan parlamentində 350 deputat var. Büdcə cari ildə 473 milyard avro məbləğində xərcləri nəzərdə tuturdu. Bu səbəbdən P.Sançes parlamenti buraxmaq qərarına gəlib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top