Şəmkirdə istixanada yanğın baş verib - xəsarət alan var


Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Düyərli kənd sakini Allahverdiyev Mayis Mehman oğluna məxsus, ümumi sahəsi 45 sot olan istixanadakı 250 kvadratmetr yardımçı tikilidə baş vermiş yanğın söndürülüb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları, orada olan 4 tonluq mazut çənləri, 40 kvadratmetr sahədə yığılan taxta yeşiklər və avadanlıqlar yanıb.

Yanğın zamanı "57-BO-426" dövlət qeydiyyat nişanlı "QAZel" markalı yük avtomobilinin kabina və mühərrik hissəsi, həmçinin qabaq təkərləri yanıb. Təxmini 2 saatdan çox davam edən yanğın nəticəsində istixanada əkilmiş pomidorlar tamamilə məhv olub. Yanğın istixana sahibinə xeyli ziyan vurub.

Yanğın zamanı hər iki əl, üz və boyun nahiyələrindən yanıq xəsarətləri alan, 1990-cı il təvəllüdlü Afiq Nəbi oğlu Rzazadənin vəziyyəti orta-ağır olaraq qalır.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top