Ərdoğan Suriyanın ərazi bütövlüyünün təmin edilməsinin şərtini açıqladı


Suriyanın ərazi bütövlüyünə nail olmaq üçün PYD və YPG Mənbicdən və Fərat çayının şərq ərazilərindən çıxarılmalıdır. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib. Onun sözlərinə görə, bu etmədən Suriyanın ərazi bütövlüyü təmin edilə bilməz. R.T. Ərdoğan, həmçinin ABŞ qoşunlarının Suriyadan çıxarılmasını əsas sınaqlardan biri adlandırıb. Bununla belə, o, Amerika qoşunlarının çıxarılması məsələsində qeyri-müəyyənliyin olduğunu deyib: “ABŞ bəyan edib ki, onlar qoşunlarını Suriyadan çıxarmağa başlayacaq. Bu, çox vacib imtahandır. Bu prosesin necə həyata keçiriləcəyinə dair qeyri-müəyyənlik davam edir. Hesab edirəm ki, bu baxımdan birgə işləməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top