NATO Rusiyadan bu raketlərini məhv etməyə çağırır


NATO hətta kiçik və orta mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilə qüvvədən düşdükdən sonra Avropada nüvə silahı olan yeni yerüstü sistemlər yerləşdirməyi planlaşdırmır.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu alyansın baş katibinin müavini Rouz Gettemüller deyib. O bildirib: “Biz indi Rusiyanın yeni raketlərinə necə cavab verməyi müzakirə edəcəyik. Bununla belə, bizim Avropada nüvə silahı olan yeni yerüstü sistemlər yerləşdirmək planımız yoxdur”. R. Gettemüller qeyd edib ki, danışıqlar üçün qapı yenə də açıqdır və Rusiya 9M729 raketlərini məhv etsə, Vaşinqton müqaviləni hələ də saxlamağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top