Ağdərədə daha bir erməni əsgəri ölüb


Dağlıq Qarabağda işğalçı ordunun hərbçisi, 19 yaşlı Frunzik Tamazyan Ağdərədə xəstəxanada ürəyin dayanmasından ölüb.

İlkin məlumatlara görə, qoşunların təmas xəttinin şimal-şərq istiqamətində hərbi hissələrdən birində müddətli hərbi xidmətdə olan əsgər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ona “kəskin ürək çatışmazlığı” diaqnozu qoyublar.

“Həkimlərin səylərinə baxmayaraq, təxminən saat 20:30-da hərbçinin bioloji ölümü qeydə alınıb”, - məlumatda deyilir.

Hadisənin təfərrüatları araşırılır.(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top