BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

HADİSƏ

Bakıda pullar seyflə birlikdə aparılıb

12.02.2019 22:54 Oxundu 207


Bakı şəhər sakininin evindəki seyfdən külli miqdarda pul oğurlanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluğun 49 yaşlı paytaxt sakini V.N.-nın mənzilindən edildiyi məlumdur. Onun mənzilindəki 30-40 sm ölçülü, içində 123 min ABŞ dolları saxlanan seyf naməlum şəraitdə yoxa çıxıb. İlkin məlumata görə, mənzilin sahibi oğurluqda yaxın qohumunun əli olduğundan şübhələnir. Hazırda Nizami RPİ-nin əməkdaşları cinayəti araşdırır. Hələlik faktla bağla heç kim saxlanılmayıb.

Daha bir seyf oğurluğu isə Suraxanı rayonunda qeydə alınıb. Qaraçuxur qəsəbəsi ərazisində yerləşən Rzayev küçəsindəki mağazanın 50-50 sm ölçülü seyfindən isə 4665 manat pul oğurlanıb. Bu faktla bağlı da heç kim saxlanmayıb.

Qeyd edək ki, ötən sutka ərzində paytaxtın hüquq-mühafizə orqanları 53 şəxsi əmlakı oğurlama faktılnı qeydə alıblar, onlardan 5-nin üstü açılıb.