Prezident: “Xarici mediaya daha çox müsahibə verməyimin 2 səbəbi var” - VİDEO


“Bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim”. 

Yeniavaz.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib.

“Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. 

Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var...İstərdim ki, bu barədə öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin.

Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridəqalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz sözlərimizin çatdırılması  xüsusi əhəmiyyət daşıyır. Yəni bütün bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. 

İkinci səbəb odur ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilmiş toplantılarında həm görülmüş işlərə qiymət verilir, ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortay qoyulur və beləliklə Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb. Harada uğurlarta nail olmuşuq və harada nöqsanlar var, eyni zamanda görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müntəzəm olaraq müxtəlif mövzularla bağlı fikirlərimi bildirirəm... Bugünkü müsahibəmiz də göstərir ki, mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam, bundan sonra da belə olacaq".

DİGƏR XƏBƏRLƏR

Top