elinanin-olumunde-gunahlandirilan-xalide-bayramovadan-aciqlama

Elinanın ölümündə günahlandırılan Xalidə Bayramovadan AÇIQLAMA

azerbaycanli-bokscu-ermenini-meglub-etdi-titula-sahib-cixdi-video

Azərbaycanlı boksçu ermənini məğlub etdi - titula sahib çıxdı - VİDEO

bakida-it-4-yasli-usagin-uzunu-disledi-video

Bakıda it 4 yaşlı uşağın üzünü dişlədi - VİDEO

bazar, 21 aprel 2019
AZ RU EN TR

CƏMİYYƏT

Məhkəmə piyadanı vurub qaçan iş adamı ilə bağlı qərar verdi

12.02.2019 21:00 Oxundu 363


Xətai Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və S. Vəliyev barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölümlə nəticələnən qəza fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində baş verib.

1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vurub öldürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Qeyd edək ki, S. Vəliyevin atası Məsud Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi olub. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir. (Oxu.az)