Avropada ən az ət yeyilən ölkələrin başında Gürcüstan və Azərbaycan dayanır


Son 58 ildə - 1961-ci ildən etibarən dünyada adambaşına düşən ət istehlakı orta hesabla 20 kq artıb.
Yeniavaz.com "euronews" istinadən xəbər verir ki, dünyada il ərzində adambaşına 43 kq ət istehlak edilib. BMT-nin açıqladığı sonuncu məlumata görə, Avropada və Şimali Amerikada insanlar il ərzində orta hesabla təxminən 80 kiloqram ətdən istifadə ediblər.
Ən yüksək ət istehlakı İspaniyada qeydə alınıb. Bu ölkədə adambaşına təxminən 94 kiloqram ət istehlak olunur. Avstriyada bu göstərici 91, Fransada 87 kiloqram olub.
Avropada ətdən ən az istifadə edən ölkə isə Gürcüstan və Azərbaycan olub. Gürcüstanda il ərzində orta hesabla adambaşına 28 kiloqram, Azərbaycan isə 31 kiloqram ət istehlak edilib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top