245-iran-idmancisi-qarabaga-sefer-edecek-sebeb

245 İran idmançısı Qarabağa səfər edəcək - SƏBƏB

azerbaycanda-pensiya-sisteminin-inkisafi-ile-bagli-yol-xeritesi-hazirlanir-nazir-muavini

"Azərbaycanda pensiya sisteminin inkişafı ilə bağlı "Yol Xəritəsi" hazırlanır" - Nazir müavini

milyonluq-saati-ogurlanan-azerbaycanlinin-kimliyi-melum-oldu-foto

Milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi məlum oldu - FOTO

cümə axşamı, 27 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Deputat: "Dövlət Reklam Agentliyi ləğv edilməlidir"

12.02.2019 17:06 Oxundu 270

“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?” 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. 

O bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır: “Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə ofisimizin qarşısında (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını nəzərdə tutur-red) qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib?

Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".
Q.Həsənquliyevin fikrincə, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır: "Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”. (modern.az)