BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

GÜNDƏM

Hadi Rəcəbli: "Şəhid ailələrinə verilən müavinət 58 manat artırılıb"

12.02.2019 13:48 Oxundu 201

“Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumuna uyğunlaşdırılması ilə bağlı sərəncam imzalandı. Bu, müstəqillik dövründə ilk addım idi. Bu addım gələcəkdə görülən işlərin təməlini qoyur. Bu, bizə imkan verir ki, gələcəkdə də əməkhaqqlarının artırılması ilə bağlı addımlar atılsın”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və social siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli xatırladıb ki, 2007-ci ildə yaşayış minimum 64, minimum əmək haqqı isə 50 manat idi: “2017—2018-ci ildə yaşayış minimumu 173, minimum əməkhaqqı 116 manat idi. Burada olan fərqi görürük. Bu il isə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı, yəni 180 manat oldu. Əgər ölkəmizdə qaçqın və məcburi köçkün problem olmasaydı, orduya ayrılan vəsaitin və digər vəsaitlərin yarı hissəsi sosial müdafiə məqsədlərinə yönəldə bilsəydik, bunlar daha böyük rəqəmlər olardı. Şəhid ailələrinə verilən müavinət 58 manat artırılıb. Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq”.(report)