Azərbaycanda sabiq nazirin sürücüsü maşını ilə yoxa çıxdı


Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

Yeniavaz.com yenicag.az-a istinadən xəbər verir ki, eks nazir hadisənin Ağstafadan Qazaxa gedərkən baş verdiyini bildirib:

O, deyib ki, Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb.

Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər.

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top