Finlandiyada buzdan otel inşa olundu - VİDEO


Finlandiyada, ABŞ istehsalı, əfsanəvi-dram janrındakı serial - Taxt Oyunlarından(Game of Thrones) ilhamlanıb buzdan otel inşa ediblər.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, 20 milyon kiloqram qar və 350 milyon kiloqram təbii buzdan inşa edilən otel Finlandiyanın Kittila şəhərində fəaliyyətə başlayıb. Filmin aparıcı rollarının hamısı, həmçinin əjdahalar, gəzən ağlar və digər əfsanəvi simalar da otelin divarlarında öz əksini tapıb.
30 otaqlı buz otel 20 min kvadratmetrə inşa olunub. Otelin içində temperatur müsbət 5 dərəcədə saxlanılır.
Bir otağın bir gecəlik qiyməti isə 200 dollardır. Ziyarət üçün giriş isə 18 dollara başa gəlir.
Qeyd edək ki, otel aprelin 8-də, yəni serialın axırıncı epizodunun başlamasında bir həftə əvvəl fəaliyyətini dayandıracaq.

Buzdan Game of Thrones oteli

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top