Gömrükdən büdcəyə nə qədər vəsaitin daxil olduğu AÇIQLANDI


Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 milyon 645,7 min manat vergi və rüsumlar daxil olub. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki,  ki, bu göstərici 2018-ci ilin yanvar ayı ilə müqayisədə 103 milyon 557,4 min manat və ya 45,8% çoxdur.
Komitədən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17 milyon 9,8 min manat və ya 28,6% artaraq 76 milyon 480,4 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 76 milyon 29,8 min manat və ya 48,4% artaraq 233 milyon 48,7 min manat, aksizlər 10 milyon 81,6 min manat və ya 2,5 dəfə artaraq 16 milyon 862,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 436,2 min manat və ya 15,5% artaraq 3 milyon 254,3 min manat olub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top