BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

HADİSƏ

Bakıda azyaşlı qızı bıçaqla hədələyib sırğalarını aldı

12.02.2019 11:58 Oxundu 181

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Yeniavaz.com xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.