Hindistanda yanğın: 17 nəfər öldü - VİDEO


Hindistanda faciəvi yanğın meydan gəlib. Yeni Delhinin mərkəzi küçələrindən birindəki məşhur oteldə meydana gələn yanğında ən az 17 nəfərin öldüyü bildirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qısa zamanda binanın hər yerinə yayılan yanğının toy mərasimi zamanı baş verdiyi məlum olub. Daha sonra aparılan analizlər nəticəsində otelin təhlükəsizlik sisteminin çox zəif olduğu ortaya çıxıb.
Yanğın anında pəncərədən atlayaraq qaçmağa çalışan bir qadın və bir uşaq da daxil 17 nəfərin öldüyü ehtimal olunur. Hadisə ilə bağlı səlahiyyətli şəxs qismində ictimaiyyətə açıqlama verən Virendra Sin bunları deyib: “35 nəfəri təxliyyə etdik. Həyatını itirənlərin əksəriyyəti otaqlarında yatdıqları üçün onları xilas etmək mümkün olmadı”.
Yanğına qısa qapanmanın səbəb olduğu bildirilsə də genişmiqyaslı tədqiqat başladılıb.
Qeyd edək ki, təhlükəsislik sisteminin yararsız olması səbəbilə otel sahibləri hakim qarşısına çıxa bilər.

DİGƏR XƏBƏRLƏR

Top