ADU: Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub


“Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çox ciddi nöqsanlarına görə vəzifəsindən azad olunub”.

Yeniavaz.com xəbər verir ki, bunu report-a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib.

O, V.Ağabəylinin müəllim kimi Dillər Universitetində çalışdığını əlavə edib.

“Yəni, o, işdən çıxmayıb. Onun işdən çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Sadəcə olaraq, dekan vəzifəsindən çıxarılıb. Yarımştat müəllim kimi fəaliyyətini davam etdirir”, - A.Cəfərli bildirib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top