Türkiyədə bazarlar "od tutub yanır" - ƏRZAQLARIN QİYMƏTLƏRİ + SİYAHI​

Son illər Türkiyədə baş verən iqtisadi proseslər, xüsusilə də lirənin məzənnəsinin dollar qarşısında tez-tez dəyişməsi (hazırda 1 dollar 5,2 lirədir) qardaş ölkədə qiymətlərin sürətli artımına səbəb olub. Qiymət artımı o həddə çatıb ki, hökumət bu prosesi tənzimləmək üçün ərzaq yarmarkaları və ya bələdiyyə mağazaları açmağa başlayıb. Buna baxmayaraq bəzi əsas malların qiymətləri hələ də çox yüksəkdir.

 
Əslində, Türkiyə bolluqdu.

Türkiyədə nə istəsən var. Necə deyərlər, "Yox"un yox oldugu ölkədir. Amma hər ay qiymət artımı da yoxsullugu artırır. Bu dəfə zam xəbərin 2 yerdə eşitdim. Aptekə getdim, hər zaman aldıgım, normal reseptlə satılan dərmanlardan bir neçəsin soruşdum. Əczaçının "piyasada yox" cavabına təəccübləndim. Sonra "Fevralın "İlk 15 dən sonra gəl" - dedi. Artıq qiymət artımına alışdıgımız üçün "ilac fiyatları artacaqmı"-deyə sual etdim. Cavab gözlənilən idi "EVET"! Bax belə, fevral ayının ilk artım xəbəri bizim dərdimizi dərmansız qoydu.
 

Yaglı qiymət

İkinci xəbər isə kərə yagından gəldi. Müjdəni məhəllə "bakkalı" verdi. Dedi ki, həm kərə yaglarına, həm də marqarin yaglarında artım olacaq. «Niyə?» sualına cavab "Yaglarda vergi qiymətində artım olub. O üzdən bizə də artıq yag baha gələcək". Zatən Türkiyədə kərə yagı qiymətləri bahadır, kilosu 40 türk lirasından başlayıb 75 liraya qədər artan qiymətlərin üzərinə əlavə yag vergisi də gəlincə, yagın qiymətləri də "yaglanacaq". Hazırda, yəni hələ vergisiz, kərə yağının qiyməti 40-75 lirə, yəni bizim pulla 13-24 manat arasında dəyişir.
 

Restoranlar badımcanı menyudan çıxarırlar

Onu da qeyd edim kİ, burda ən çox bahalanmanın hiss edildiyi yer bazardı.  Əhalninin ən çox alış veriş etdiyi həftəlik səmt bazarlarlnda həm alan, həm də satan narazıdır. Məsələn, götürək badımcanı. Düzdür, badımcan qış tərəvəzi deyil və baha oldugunu desək normal qarşılaya bilərsiniz. Amma Türkiyədə demək olar ki, bütün mövsümlərdə bazarlarda pomidor, xiyar  və badımcan əksik olmur. O səbəbdən də ilk dəfə bu qədər baha satılan tərəvəz hər kəsin narazılıgına səbəb olub. Hətta restoranlar menyularından badımcanlı yeməkləri çıxarıblar. Türkiyə yemək mədəniyyətin bilənlər bunun ciddi bir məsələ oldugunu baba düşər. Bu arada  badımcanı piştaxtadan düşürməyən qiyməti açıqlayım: kilosu 12 TL! Bu təxminən 4 manat deməkdir.
 

Cibi də "agladan" sogan

Türkiyənin ən çox müzakrə olunan və hətta bu aralar fenomen olan "menemen soganlımı sogansız mı?" mübahisəsini artıq türk kanallarını izləyənlər də çox yaxşı bilir. Bizim türkcəylə desək, söhbət «pomidor yumurta soganlı ya sogansız olmalıdır?» sualından gedir. Amma təəssüfə ki, indi bu üçlünü bir araya gətirmək o qədər də asan deyil.
 
Əvvəlcə başlayaq yeməyin ana maddəsi olan yumurtaya. Artiq bu həftə marketlərdə yeriməyən toyuq, ya da inkubator yumurtasının qutusu (içərisində 15 ədəd olur) 17 lirə idi, bu bizim pulla təqribən 38 qəpikdir. Bizim kənd yumurtası adlandırdığımız  yumurtalar isə 2,5 lirə və ya bizim pulla 80 qəpik ətrafındadır.
 
Bazarda pomidor 9 lira, sogan isə 5 liradı.  Kilosu 5 liraya sogan alan vətəndaş onu pamidor yumurtaya vurmaz. 9 liraya pamidor alıb bu yeməyi bişirməz. 1 kilo soganı alan vətəndaşın zənbilində 4 və ya 5 sogan olur ki, onu da çox diqqətlə istifadə edirlər.
 

Soğan-kartof bahalaşıb

Yeri gəlmişkən, 2018-in son 6 ayında sogan və kartof bahalığı ilə Türkiyə bazar gündəmini zəbt etmişdi. Kartofun qiyməti 5,5-6 lirədir. Bu təqribən 1,8-1,9 manat deməkdir. Topdansatışda isə 3 kiloqramı 10 lirəyə satılır.

10 liraya qədər yüksələn mətbəximizin hörmətli yeyəcəkləri hələd də artım ciddiyətini qoruyur. Bazarlarda  ədədlə  sogan, kartof alan var. Səbəbi mazutun bahalığı və bu səbəbdən tarlalarda kartof əkənlərin azalmasıdır. Çünkü gübrə və su da bahadır və xərci borcunu ödəmir. Üstəlik, məhsulun kənddən şəhərə gətirilməsi qiyməti 3 dəfə artırır.

Sezonluq meyvələrdə də artım var. Amma bunun səbəbi başqadır - Antalyada portagal bagların sel basdıqdan sonra qışın dogal c vitamininin qiyməti 3 lirədən 5 lirəyə yüksəlib.

 
Ətin kilosu 36 manata çatır…

Türkiyədə ət ənənəvi olaraq bahalı qida sayılır. İqtisadi problemlərdən əvvəl də hər gün ət yemək yaxşı qidalanmaq və yüksək rifah əlaməti sayılırdı. İndi isə qiymətlər bir qədər də yüksəlib. Ətin qiyməti 70-95 lirə, yəni bizim pulla 22-31 manat  arasında dəyişir. Ayrı-ayrı ətlərin qiymətində kəskin fərq var. Məsələn, antrikot ümumiyyətlə 110 lirədir – 36 manat.
 

Un, çörək, şəkər tozu

Türkiyədə 1 kiloqram un 4-5 lirə, yəni 1,3-1,6 manatdır. 250 qramlıq çörək 1-1,25 lirədir. Şəkər tozu 6 lirə və ya 1,9 manat, qənd isə 7,5 lirə və ya 2,45 manatdır.

Çayın kiloqramı isə 23-33 lirə və ya 7,5-11 manat ətrafındadır. Bananın kiloqramı 6-7 lirə və ya 1,96-228 manatdır.

Göründüyü kimi, Türkiyədə əksər mallar Azərbaycandakı ilə müqayisədə baha olsa da, çay və bananın qiyməti Azərbaycandakından o qədər də fərqlənmir, hətta bir qədər ucuzdur.

 
Pullu paketlər dövrü də başlayıb

Lap unudacaqdım yazmaga. 2019-un ilk müjdəsi polietilen paketlərin pullu olması idi. Artıq marketlərdə belə paketlər 25 kuruşdur (dörddə bir lirə). Artıq insanlar evdən özlərinə parçadan bazar zənbilləri tikir. Eyni zamanda parça zənbilər satışında ciddi artım var. Ömürlük və ya uzun müddət istifadə ediləcək zənbillər birdəfəlik paketlərin ciddi rəqibidir...
(fed.az)

DİGƏR XƏBƏRLƏR

Top