Küveyt dünyanın ən uzun bayrağını hazırlayaraq rekord qırıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxminən 4 min tələbənin daşıdığı bayrağın uzunluğu 2019 metrdir.
“Ginnesin Rekordlar Kitabı” müşahidəçilərinin də rəyi ilə rekord rəsmi olaraq qeydə alınıb. 25 fevralda qeyd ediləcək Küveytin 58-ci Milli Günü münasibətilə hazırlanan bayrağı, tələbələr Təhsil Nazirliyinin önünə kimi aparıb.
Qeyd edək ki, tədbirdə Təhsil Naziri Həmid AL Azmi ilə yanaşı bir sıra nüfuzlu dövlət xadimləri də iştirak ediblər.