elinanin-olumunde-gunahlandirilan-xalide-bayramovadan-aciqlama

Elinanın ölümündə günahlandırılan Xalidə Bayramovadan AÇIQLAMA

azerbaycanli-bokscu-ermenini-meglub-etdi-titula-sahib-cixdi-video

Azərbaycanlı boksçu ermənini məğlub etdi - titula sahib çıxdı - VİDEO

bakida-it-4-yasli-usagin-uzunu-disledi-video

Bakıda it 4 yaşlı uşağın üzünü dişlədi - VİDEO

bazar, 21 aprel 2019
AZ RU EN TR

GÜNDƏM

Magistral su xətti niyə partlayıb? - "Azərsu" əməkdaşından inanılmaz etiraf - VİDEO

11.02.2019 17:57 Oxundu 1567

Ötən həftə "Azərsu" ASC tərəfindən Hacıqəbul rayonu ərazisində 3 ay əvvəl istifadəyə verilən 28 km uzunluğunda 1400 mm diametrli magistral su boru xətti partlayb. Bu barədə yeniavaz.com-a məlumat verən ekspert Şahin Cəfərov bildirdi ki, yenicə istifadəyə verilən magistral su boru xəttinin sıradan çıxmasının səbəbi kəmərlərin keyfiyyətsiz şəkildə qaynaq olunması ilə bağlıdır.
Şahin Cəfərovun təqdim etdiyi video-görüntüdə 1400 mm diametrli boru kəmərlərinin keyfiyyətsiz şəkildə qaynaq olunduğunu "Azərsu" ASC-nin əməkdaşı da təsdiqləyir. Bildirlir ki, bu boru xətti "Azərsu" ASC-nin sifarişi ilə özəl bir şirkət tərəfindən çəkilib. Təqdim olunan videoda özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edən şəxs bildirir ki, sifarişçi şirkət qısa müddətdə daha çox pul qazanmaq üçün işləri keyfiyyətsiz şəkildə görüb.
Məsələ ilə bağlı yeniavaz.com-a danışan Şahin Cəfərov isə bildirdi ki, "Azərsu" ASC-nin sifarişini həyata keçirən şirkət "Akelik Group" ASC-dir (Keçmiş adı "Alke İnşaat  Sənaye və Ticarət" ASC). Şahin Cəfərov sözlərinə görə bu şirkət magistral su boru xəttini çəkərkən "işlənmiş" borulardan istifadə edib: "Bu xətt mühüm strateji neft-qaz kəmərlərnin altından keçir. Eyni zamanda yaxınlıqdan Bakı-Qazax magistral avtomobil yolu keçir. Bu cür strateji əhəmiyyətli obyektlərin yaxınlığından keçən magistral su boru xəttinin keyfiyyətsiz şəkildə qaynaq olunması cinayətdir". Şahin Cəfərov məsələ ilə bağlı həm "Azərsu" ASC-yə, həm də Baş prokurorluğa məlumat verildiyini bildirib.   
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətindən münasibət öyrənməyə çalışsaq da, xidmətin rəhbəri Anar Cəbrayıllı telefon zənglərimizə cavab vermədi.
Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyinin "Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında" bazasında "Akelik Group" ASC-nin 20.05.2011-ci ildə dövlət qeydiyyatına alındığı və nizamnamə kapitalının 33 milyon 14 min 681 manat olduğu göstərilir. Qanunu təmsilçisi Anar Babayev olan ASC-nin Nərimanov rayonu Əhməd Rəscəbli küçəsi 2, ev 26 ünvanında yerləşdiyi bildirilir.  
Onu da bildirək ki, "Akelik Group" ASC -nin veb-səhifəsində "akelik.az"da şirkətin dünyanın bir çox ölkəsində iri layihələr həyata keçirdiyi qeyd olunur. Şirkətin Azərbaycanda da böyük layihələr icra etdiyi barədə məlumatlar mövcuddur. "Alke İnşaat  Sənaye və Ticarət" ASC -nin 05.09.2017-ci il tarixində "Azərsu" ASC ilə ümumi dəyəri 74 milyon 970 min 742,65 manat dəyərində tender müqaviləsi bağladığı bidirilir. Müqaviləyə görə, "Alke İnşaat  Sənaye və Ticarət" ASC "Azərsu" ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlayacaq.