Arıqlamağa kömək edir və cavanlaşdırır - pomidor şirəsininin inanılmaz faydaları


Pomidor şirəsi ən faydalı şirələrdən biri sayılır. Pomidor şirəsi A, C, B qrupu, PP kimi vitaminlər və bir çox kalium, kalsium, maqnezium, fosfor, marqans, sink, dəmir kimi əvəzolunmaz minerallarla olduqca zəngindir.
Yeniavaz.com xəbər verir ki, bu şirə bir çox xəstəliklərin profilaktikası məqsədi ilə təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Kaliumla və maqneziumla zəngin olan pomidor şirəsi ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, damar və kapilyarları qoruyur, damarlarda xolesterininin yığılmasına mane olur, arterial təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır, göz təzyiqini aşağı salır. Güclü antioksidant likopinlə zəngin olan pomidor şirəsi xərçəng əleyhinə təsirə malikdir. Beyində "serotonin" hormonunun ifrazını artırır. Serotonini "xoşbəxtlik hormonu" adlandırırlar. Bu hormon streslə mübarizə etməyə kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.
Pomidor şirəsi həmçinin orqanizmə iltihab və mikrob əleyhinə təsir edir, varikoz xəstəliyinin qarşısını alır. Cavanlaşdırıcı təsirə malikdir, dərinin vəziyyətinə müsbət təsir edir, maddələr mübadiləsi proseslərini sürətləndirir və arıqlamağa kömək edir.
Bu şirə həm də kişilərdə prostat vəzi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur. Lakin, onu da nəzərə almaq lazımdır ki, ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu şirəni qəbul etmək olmaz.

DİGƏR XƏBƏRLƏR

Top