"Nənəmin evinə oğurluq məqsədi ilə gəlmişdim"


Mingəçevirdə 80 yaşlı şəhər sakini Züleyxa Bağırovanın evinə oğurluq məqsədi ilə daxil olan şəxslər şəhər polis şöbəsi tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu gün polis şöbəsinin müvəqqəti saxlanılma yerində yoldaşı ilə birlikdə törətdikləri oğurluq cinayətini etiraf ediblər. Nəvə Tovuz rayon sakini əvvəllər məhkum olunmuş Tural İsgəndərov deyib ki, nənəmin evinə oğrluq məqsədi ilə gəlib: ”Şkafın üstündə 85 manat pul olub. Onu götürüb aradan çıxmışıq”.
Digər saxlanılan Turalın dostu Samux rayon sakini Xasay Mustafayev bildirir ki, Tural mənə dedi ki,nənəmin pulu var gedək onu göterək: "Mənzilə daxil olduq. Qapını bizə nənə açdı. Mən qadını itələdim başı dəydi vanna otağına və daha sonra başına-başına vurdum. Törətdiyimiz cinayət əməlindən peşimanıq”.
Mingəçevir polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tahir Şirinov Yeniavaz.com saytına açıqlama verərək bildirib ki, Təbriz küçəsi ev 5,mən 14 də yaşayan şəhər sakin Züleyxa Bağırova İbrahim qızı tərəfində ərizə ilə şöbəyə müraciət olub. Bildirilib ki, 6 fevral 2019-cu il saat 18:00 radələrində onun yaşadığı evə iki nəfər daxil olub ona zor tətbiq edərək mənzilindən pul götürülüb. Faktla bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 180 maddəsinə əsasən cinayət işi açılıb. Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin Züleyxa Bağırovanın nəvəsi Tovuz rayon sakini İsgəndərov Tural Nürəddin oğlu və Samux rayon sakini Xasay Mustafayev tərəfindən törədilməsi müəyyən olunub. Adı çəkilən şəxslər qeyd olun cinayət faktı üzrə şübhəli şəxs qismində tərəfimizdən tutularaq saxlanılıb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top