BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

CƏMİYYƏT

Deputat: “Formula 1”lə müqavilənin uzadılması Azərbaycanın qələbəsidir

11.02.2019 12:12 Oxundu 320


“Bu günlərdə məşhur "Formula 1” avtomobil yarışının Bakıda keçiriləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar”.

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə sosial şəbəkədə bildirib. Deputatın sözlərinə görə, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirib: “Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəmi haqda fikirlərin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır”.