Zeytunun yarpaqlarının sağlamlıq üçün faydaları


Zeytun və zeytunyağının sağlamlıq üçün faydalı olduğunu bir çoxları bilir. Ancaq aparılan araşdırmalarda zeytunun yarpaqlarının da sağlamlıq üçün çox faydalı olduğu üzə çıxıb.  
Araşdırmaçılar deyir ki, zeytun yarpağı mükəmməl bir dərmandır. Zeytun yarpağı ekstraktında olan polifenollar təbii antioksidant mənbəyidir. 
Altsheymer xəstəliyinin qarşısını alır
Zeytun yarpağından hazırlanan dəmləmənin tərkibində olan fenol birləşmələrinin beyin xəstəliklərinin əmələ gəlmə sürətini zəiflətdiyi məlum olub. Buna görə də altsheymer də başda olmaqla bir sıra beyin narahatlıqlarının proflaktikası üçün istifadə edilə bilər. 
Artrit ağrılarını azaldır 
Hər bir yaşda meydana çıxa bilən iltihablı oynaq revmatizması kimi tanınan revmatoid artrit vaxt keçdikcə insanın həyatını dözülməz hala salır. Belə ki, güclü ağrılarla yanaşı xəstələrdə hərəkət məhdudiyyəti də yaranır. Zeytun yarpağı dəmləməsi ağrıların azalmasını və oynaqlarda olan şişkinlikləri aradan qaldırır.  
İnfeksiyaları aradan qaldırır 
Zeytun yaprağı dəridə, genital nahiyədə və oral infeksiyalara səbəb olan bakteriyaları məhv edir. Nyu York Universitetinin alimləri hətta zeytun yarpağı ekstraktının İİV virusuna da güclü təsir etdiyini bildirirlər.  
Xərçənglə savaşır 
Zeytun yaprağında olan fitokimyəvi maddələrin xərçəng hüceyrələrinin böyüməsini ləngitdiyi və hətta dayandırdığı bildirilir. Araşdırmaçılar beyin, yumurtalıq, süd vəzi, prostat və dəri xərçəngi kimi xərçəng növlərinin əmələ gəlməsini bu məhlulun köməyi ilə aradan qaldırmağın mümkünlüyünü bildirirlər. 
Zeytun yaprağı çayının hazırlanması 
3 çay qaşığı quru zeytun yaprağını əlinizdə əzin. Qaynar suda 10 dəqiqə dəmləyin. 
Çaydan gündə 2-3 stəkana qədər içə bilərsiniz. (medicina.az)

DİGƏR XƏBƏRLƏR

Top