Bərdədə yollara salınan asfalt torpaq kimi ovulur - VİDEO


Bərdə rayonunun İmirli kəndində yola çəkilən yeni asfalt örtüyü torpaq kimi ovulur. Asfalt örütüyünün ovulduğunu göstərən videonu isə yeniavaz.com saytına kənd sakinləri göndərib.
Kənd sakinlərindən biri saytımıza verdiyi açıqlamada bildirdi ki, kəndin yollarındakı çala-çuxurlara bu cür keyfiyyətsiz asfaltın hansısa dövlət qurumu, ya da bələdiyyə tərəfindən salındığından xəbərsizdilər: "Mən işdən gələrkən yol boyu bu cür qara ləkələri gördüm və bildim ki, çuxurlara asfalt doldurublar. Ancaq sonradan bildik ki, bu asfaltlar belə keyfiyyətsizdir".

 

DİGƏR XƏBƏRLƏR

Top