“Qırmızı Kitab”a düşən quşları ovladı, tutuldu


Qanunsuz ov edən saxlanılıb.


Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat fevralın 8-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat nəticəsində qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top