ABŞ-ın Suriyada müttəfiqi olan kürdlər Əsəd hökumətinə neft satır


ABŞ-ın Suriyada müttəfiqləri olan yerli kürdlər Amerikanın sanksiyaları altında olan broker şirkəti ilə ticarət sazişləri həyata keçirir, həmin şirkət ardından xammalı Suriya hökumətinə satır. Yeniavaz.com-un məlumatına görə, bu barədə  “The Wall Street Journal” qəzeti məqalə dərc edib.

Qəzetin mənbələri bildiriblər ki, əsasən kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyası  Suriyanın “Qatirji Group” şirkətinə neft tədarük edir. Şirkət Suriya Prezidenti Bəşər Əsəd hökumətinə neft satdığına görə Amerika və Avropanın sanksiyalarına məruz qalıb.

Qeyd edilir ki, neft kürdlərin nəzarətində olan Suriyanın şərq hissəsindəki ərazilərdən hasil edilir. SDQ daha əvvəl ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə həmin ərazilərdən İŞİD terror qruplaşmasının silahlılarını çıxarıb və regionda yerləşən neft və qaz yataqlarının əksər hissəsinə nəzarət edir.

Avtosisternlər kürdlərin “Qatirji Group”a satdığı xammalı praktiki olaraq hər gün daşıyırlar. Xammal ardından Suriya hakimiyyətinə məxsus neft emalı zavodlarına çatdırılır. Sözügedən ərazilər İŞİD-in nəzarətində olanda silahlılar da nefti həmin şirkətə satırdı.

“Qatirji Group” Məhəmməd əl-Katirciyə məxsusdur. ABŞ Maliyyə Nazirliyi 2018-ci ilin sentyabrında ona və şirkətinə qarşı sanksiya tətbiq edib. Belə ki, Əl-Katirci Suriya hökuməti və İŞİD silahlıları arasında neft ticarətinə yardım edib.

DİGƏR XƏBƏRLƏR

Top