Donuzlar öz sahiblərini diri-diri yedi


Rusiya mediasında, tövlədə yıxılıb qalan 56 yaşlı qadını saxladığı donuzların diri-diri yediyi haqqında xəbər yayılıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Udmurtiya adlanan ərazidə bir kənddə baş verən hadisə zamanı 56 yaşlı qadın donuzlara baxmaq üçün getdiyi tövlədə huşunu itirib. Donuzlar isə yerə yıxılan qadının üzünü, qulaqlarını və çiyinlərini tamamilə yeyib. Tibbi ekspertiza qadının qan itirərək öldüyünü bildirib.
Cəsədi qadının həyat yoldaşı tapıb və dərhal polisə müraciət edib.
Rus mediasına məlumat verən inspektorlar isə heç vaxt belə dəhşətli hadisə ilə üzləşmədiklərini bildiriblıər.

DİGƏR XƏBƏRLƏR

Top