"Amazon" şirkətinə 68 milyon dollarlıq ittiham


Amerikalı rejissor və aktyor Vudi Alen, dünyanın ən böyük onlayn ticarət şirkəti "Amazon"u, aralarındakı müqaviləni birtərəfli ləğv etdiyi üçün məhkəməyə verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Amazon"un bu həmləsinə səbəb Alenin 25 il öncə yaşadığı bəzi xoşagəlməz hadisələrin gün üzünə çıxmasıdır. Vudi Alen bunu, bəhanə adlandıraraq şirkəti Nyu-York məhkəməsinə verib və 68 milyon dollar təzminat tələb edib.
Qeyd edək ki, şirkətlə rejissor arasında bağlanan müqaviləyə əsasən "Amazon", Vudinin çəkdiyi “Nyu-Yorkda yağışlı bir gün” filminin satışını həyata keçirməli idi.

DİGƏR XƏBƏRLƏR

Top