“SOCAR Turkey”in bazar dəyəri 11 milyard dollara çatıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin hazırda bazar dəyəri 11 mlrd. dollara çatıb.

Bu barədə  “SOCAR Turkey Enerji”nin baş icraçı direktoru Zaur Qəhrəmanov  bildirib.

Qeyd edək ki, “Goldman Sachs” investisiya bankı 2015-ci ilin avqust ayında “SOCAR Turkey”in 13%-ni 1,3 mlrd. dollara satın alıb.

“Bu gün şirkətin dəyəri həyata keçirilən son investisiyaların təsiri ilə 11 mlrd. dollar ətrafındadır. “SOCAR Turkey”in böyüklüyünə görə ümumilikdə SOCAR-da payı 35% təşkil edir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, yeni-neft kimya layihəsinin həyata keçirilməsi ilə şirkətin bazar dəyəri daha da artacaq.

Bildirək ki, SOCAR Türkiyədəki investisiyalarına 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in 51%-ni 2,040 mlrd. dollara alaraq başlayıb.

SOCAR-ın “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) daxil olmaqla ümumi investisiyalarının həcmi hazırda 14,2 mlrd. dollara çatıb. (report)

DİGƏR XƏBƏRLƏR

Top