Venesuelada inflyasiya 2,7 milyon faizə çatdı

 
2019-cu ilin yanvarında Venesuelada inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 2,7 milyon faiz təşkil edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının deputatı Anhel Alvardo “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, bu ilin yanvarında inflyasiya 191% olub, illik ifadədə isə 2,7 milyon faiz təşkil edib. Milli Assambleyanın Maliyyə Komitəsi daha əvvəl məlumat vermişdi ki, 2018-ci ildə respublikada qiymət artımı təqribən 1,7 milyon faizə çatıb. O bu göstərici ilə dünya tarixində ən yüksək inflyasiyanın qeydə alındığı üç ölkədən biri olub. Venesuela son illər kəskin sosial-iqtisadi böhran yaşayır. BMT-nin hesablamalarına görə 3 milyondan çox adam ölkəni tərk edib. 

DİGƏR XƏBƏRLƏR

Top