Azərbaycanda ən çox hansı növ balıqlar ovlanır - SİYAHI


Ötən il Azərbaycanda 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilən 1707,1 ton kvotaya qarşı 1614,1 ton balıq ovlanıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki. ötən il  2017-ci illə müqayisədə 67,3% çox balıq ovlanıb.
Məlumatda qeyd olunur ki, ovlanan balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top