Klinton: Trampın müqavilədən çıxması Putinə hədiyyədir


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ölkə başçısı Donald Trampın “Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilədən çıxma qərarını tənqid edib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, o bunun Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyə olduğunu deyib. H. Klinton hesab edir ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın Administrasiyası bu mövzunu Rusiya ilə kifayət qədər müzakirə etməyib: “Tramp Administrasiyası isə Putini müqaviləni pozduğuna görə məsuliyyətə cəlb etmədən müqavilədən çıxmaq qərarına gəlib. Hazırda dünyaya lazım olan ən son şey nüvə silahı yarışmasıdır”. Xatırladaq ki, ABŞ fevralın 1-də sözügedən müqavilədən çıxma prosesinə başlayıb. Rusiya buna simmetrik cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top