"Deputatlar elə bil söyülməkdən ləzzət alırlar" - Millət vəkili

Deputatlar ağızlarına su alıb dururlar.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə söyləyib.

O, deputat həmkarı Siyavuş Novruzovun bəzi millət vəkillərinə yönəlik iradlarında haqlı olduğunu vurğulayıb.

“Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar”, - deyə millət vəkili mətbuata açıqlamasında əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top