Avstraliyada təyyarə evin həyətinə düşdü - FOTOLAR


Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, 6 nəfərlik təyyarə Palmvuds bölgəsində evlərin birinin həyətinə düşüb. Təyyarədə pilotdan başqa heç kəs olmayıb. Şahidlərin bildirdiyinə görə, təyyarə ağaclara dəydikdən sonra yaxınlıqdakı evlərin birinin həyətinə düşüb. Hadisə nəticəsində pilot yüngül xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top