Üç yaşlı uşağın müalicə pulunu oğurlayan şəxs tutuldu - VİDEO


Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulları ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə azyaşlının anası Rahilə Dadaşova məlumat verib. 

Belə ki, hesabdan pulu çıxaran şəxs - Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır.

Rahilə Dadaşova pulun geri qaytarılmasına sevinsə də, uşağın səhhətində yaranan digər problemlərə görə həkimlər onun müalicəsini dayandırıb. Anası deyir ki, Aylinin sağalması üçün 70 min dollar pula ehtiyac var.

Qeyd edək ki, bir müddət öncə Moskvada yaşadığı deyilən azərbaycanlı şəxs ailəyə yardım məqsədilə onları aldadaraq, hesabda olan bütün pulları ələ keçirmişdi.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top