İraq Küveyti işğal etdiyinə görə təzminat ödəməkdə davam edir


İraq 1990-1991-ci illərdə Küveytə hərbi müdaxilə və onu işğal etdiyinə, eləcə də bununla əlaqədar Küveytdəki ayrı-ayrı şəxslərə, şirkətlərə, hökumət və beynəlxalq təşkilatlara dəymiş zərər və ziyana görə bu ölkəyə 300 milyon dollar təzminat ödəyib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İraq ödənişləri 1991-ci ildə yaradılmış BMT-nin Kompensasiya Komissiyası vasitəsilə həyata keçirib. 2018-ci ilin aprelində Bağdad Küveytə ödənişləri bərpa edib. Ödənişlər İraqdakı mürəkkəb vəziyyətə görə 2014-cü ilin oktyabrında dayandırılmışdı. Həmin vaxt 90 milyon dollar ödənilmişdi. Komissiyanın məlumatına əsasən, həmin zaman İraq Küveytə ümumilikdə 47,9 milyard dollar ödəmişdi və təqribən 4,5 milyard dollar ödəməyi qalmışdı. Bağdad hər üç aydan bir 300 milyon dollar ödəməlidir.

DİGƏR XƏBƏRLƏR

Top