Niderlandda smartfondan istifadə edən velosipedçilər cərimələnəcək

 
Niderlandda sükan arxasında xüsusi “hands-free” qarnituru olmadan smartfondan istifadə edən velosipedçilər cərimələnəcəklər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyinin məlumatına əsasən holland velosipedçilərinin təxminən yarısı hərəkət zamanı diqqətləri smartfona yayınır. Xüsusən bunu gənclər edirlər. Yeni qanun 1 iyul 2019-cu il tarixində qüvvəyə minəcək. Cərimənin məbləği 95 avro təşkil edəcək. Müqayisə üçün: işıqforun qırmızı işığında hərəkət edən velosipedçini eyni məbləğdə cərimə, içkili vəziyyətdə idarəetməyə görə isə 100 avro cərimə gözləyir. Xatırladaq ki, Niderlandda hərəkət zamanı smartfondan istifadə edən avtomobil sürücüləri üçün cərimə 240 avro həcmində müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top