Kuba səmasında partlayış baş verib - yerə meteorit düşüb FOTO


Kubanın Pinar-del-Rio əyalətinin şəhərlərindən biri yaxınlığında güclü partlayış baş verib.

Şahidlərin sözlərinə görə, hadisənin baş verməsindən bir neçə saniyə əvvəl onlar göydən düşən yad cism görüblər.

Partlayışdan sonra yanğın baş verib, əraziyə yanğınsöndürənlər və aidiyyəti idarələrin nümayəndələri cəlb olunub.

"Granma" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, baş verənlər bəzi insanların düşündüyü kimi aviaqəzanın nəticəsində olmayıb.

Nəşr ehtimal edir ki, partlayış Pinar-del-Rio əyalətinin Vinyales şəhərinə meteorit düşməsi nəticəsində baş verib.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top