Mərkəzi Bank ot faiz sini yenidən aşağı saldı

 
Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 9,75%-dən 9,25%-ə endirilib. Faiz dəhlizinin yuxarı həddi 11,25%, aşağı həddi isə 7,25% səviyyəsində müəyyən edilib. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bilkdirir ki, qərar 1 fevral 2019-cu ildən qüvvəyə minir.
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (9,75%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 9 min 750 manat ödəməli olacaq.
Mərkəzi Bankdan verilən məlumata görə, uçot dərəcəsinin azaldılmasının səbəbi İnflyasiyanın birrəqəmli səviyyədə qalmasıdır. Məlumatda bildirilir ki, inflyasiyanın yüksəlməsi riskləri nisbətən səngiməkdədir. Son 2 ayda qiymətlərin dinamikasına təsir göstərən amillər başlıca olaraq mövsümi və birdəfəlik xarakter daşıyır. Dekabrda aylıq inflyasiya cəmi 0,8% təşkil edib. Dekabrda istehlak səbətinə daxil olan məhsulların 31%-nin qiyməti dəyişməyib, 15%-nin qiyməti azalıb. Bahalaşan məhsulların əsas hissəsinin qiymət artımı 2%-dən aşağı olub. 2018-ci ilin yekunu üzrə isə orta illik inflyasiya 2,3% olub ki, bu da ötən illə (12,9%) müqayisədə 10,6 faiz bəndi azdır.
 
Məlumatda həmçinin qeyd olunur ki, Mərkəzi Bank bundan sonra da faiz dəhlizinin parametrlərinə dair qərarlarını inflyasiyanın faktiki və proqnoz səviyyəsi, habelə risk ssenarilərinin reallaşması səviyyəsindən asılı olaraq verəcəkdir. 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top