İstanbul sahillərində nasistlərin sualtı qayığı tapıldı


İstanbulun Şile rayonu sahillərində II Dünya müharibəsi dövründən qalmış alman sualtı gəmisi aşkarlanıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nasistlərin U-23 sualtı qayığı sənədli proqramın növbəti serialının çəkilişi zamanı tapıblar. Türkiyənin “Akın” axtarış-xilasetmə gəmisi submarinanı dənizin 40 metr dərinliyində aşkar edib. Xatırladaq ki, nasistlər II Dünya müharibəsi zamanı “Barbarossa” planı çərçivəsində öz sualtı qayıqlarını Qara dənizə yollayıbar və tələb ediblər ki, Türkiyə onlar üçün öz boğazlarını açsın. Türkiyə Montrö Konvensiyasına müvafiq olara hərbi gəmilər üçün öz boğazlarını bağlayıb və onlarda mina sahəsi yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top