Şəhriyar Məmmədyarov dünya reytinqində ilk “üçlüy”ü əldən verdi


Şahmatçıların dünya reytinqi açıqlanıb.

Bu günədək FIDE reytinqində üçüncü yerdə olan Şəhriyar Məmmədyarov 27 xal itirərək beşinci pilləyə düşüb.

Niderlanddakı Veyk aan Zee turnirində zəif çıxış etmiş Şəhriyarın hazırda 2790 xalı var. Dünya reytinqinə yenə şahmat tacının sahibi norveçli Maqnus Karlsen (2845) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2828) yenə ikinci yerdədir. Şəhriyarı qabaqlayan şahmatçılar isə Dinq Liren (Çin) və Aniş Qiridir (Niderland).

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü və Qədir Hüseynov (2664) 82-ci yerdədir.

Qadın şahmatçılarımızdan ən yüksək pillə 49-cu yerdir. Bu yerdə Günay Məmmədzadə (2422) qərarlaşıb. Xanım Balacayeva (2397) 64-cü və Gülnar Məmmədova (2368) 99-cu yerdədir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top